20 Aprel 2025
Ermənistanın keçmiş XİN başçısı 44 günlük müharibə ilə bağlı komissiyaya çağırılıb

Ermənistanın keçmiş XİN başçısı 44 günlük müharibə ilə bağlı komissiyaya çağırılıb

Ermənistanın keçmiş XİN başçısı 44 günlük müharibə ilə bağlı komissiyaya çağırılıb

04 Aprel 2023 19:30 | Baxış sayı: 508

Ermənistanın keçmiş xarici işlər naziri Zöhrab Mnatsakanyan 44 günlük müharibənin şəraitini öyrənən müvəqqəti parlament komissiyasına çağırılıb.

Bu barədə parlamentdən bildirilib.

Qeyd olunub ki, o, hazırda komissiyanın iclasında iştirak edir.

Bundan əvvəl Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan da komissiyaya çağırılmışdı.

Xatırladaq ki, sözügedən komissiya təxminən 1 il əvvəl yaradılıb.