20 Aprel 2025
Ermənistanın keçmiş müdafiə naziri beynəlxalq axtarışa verilir

Ermənistanın keçmiş müdafiə naziri beynəlxalq axtarışa verilir

Ermənistanın keçmiş müdafiə naziri beynəlxalq axtarışa verilir

12 İyul 2023 13:25 | Baxış sayı: 501

Ermənistanın Baş Prokurorluğu keçmiş müdafiə naziri Vigen Sarqsyanın beynəlxalq axtarışa verilməsi prosesinə başlayıb.

Bu barədə Ermənistanın Baş Prokurorluğu məlumat yayıb.

Bildirilib ki, o, hərbi qulluqçu və hərbi qeydiyyatda olmayan şəxslərə mənzil verməkdə ittiham olunur.

Məlumata görə, keçmiş müdafiə naziri bunu “siyasi təqibin göstəricisi” adlandırıb.

Qeyd edək ki, Vigen Sarqsyan 1975-ci il mayın 10-da İrəvanda anadan olub. O, 2016-cı il oktyabrın 3-də Seyran Ohanyanın yerinə müdafiə naziri təyin edilib, 2018-ci il mayın 8-də hakimiyyət dəyişikliyindən sonra tutduğu vəzifədən azad olunub.

Qeyd edək ki, 44 günlük müharibə zamanı müdafiə naziri olmuş David Tonoyan hazırda həbsdədir.