20 Aprel 2025
Ermənistandan Xankəndiyə gedən erməni “Laçın” postundan buraxılmadı, panika başladı

Ermənistandan Xankəndiyə gedən erməni “Laçın” postundan buraxılmadı, panika başladı

Ermənistandan Xankəndiyə gedən erməni “Laçın” postundan buraxılmadı, panika başladı

08 İyun 2023 04:30 | Baxış sayı: 557

Ermənistandan Xankəndiyə gəlmək istəyən mülki geyimli hərbçi “Laçın” sərhəd-buraxılış məntəqəsindən buraxılmayıb.

Bu barədə iddia erməni mediasında yayılıb.

Məlumata görə, bu fakt Xankəndidəki separatçılar arasında ciddi narahatlığa səbəb olub. Belə ki, mülki geyimli şəxsin məhz hərbçi olduğu haqda Azərbaycan sərhəd-keçid məntəqəsində məlumat olması onları heyrətə gətirib.

“Belə görünür ki, Azərbaycan xüsusi xidmət orqanlarında dəqiq məlumat bazası var. Bütün bunlar, əlbəttə ki, acı bir reallıqdır”, - deyə məlumatda bildirilir. yenisabah.az