Ermənistandan daha bir TƏXRİBAT: Tovuz rayonunun... - FOTOLAR
17 Aprel 2024 06:56 | Baxış sayı: 550
Tovuz rayonunda kəşfiyyat uçuşları həyata keçirməyə cəhd göstərən kvadrokopter aşkarlanıb.
Bu barədə AJMEDİA.İNFO-ya Müdafiə Nazirliyi məlumat yayıb.
Ordumuzun Tovuz rayonunun Ağdam yaşayış məntəqəsi istiqamətindəki mövqeləri üzərində kəşfiyyat uçuşları həyata keçirməyə cəhd göstərən kvadrokopter bölmələrimizin sayıqlığı nəticəsində aşkar olunub və zərərsizləşdirilərək müsadirə edilib.