Ermənistanda yanacaq anbarı yanır
24 Avqust 2024 13:40 | Baxış sayı: 340
Ermənistanın Ararat rayonunun Aintap qəsəbəsində anbar yanır.
APA xəbər verir ki, Ermənistan Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, yanğın yerinə 6 yanğınsöndürmə briqadası cəlb olunub.
Yanğının dizel yanacağı anbarında baş verdiyi və nəticədə bir nəfərin xəsarət aldığı bildirilir.