SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
8 saat əvvəlErmənistanda vəkillər üzləşdikləri zorakılıqlar əleyhinə tətil edəcəklər
07 İyul 2023 07:11 | Baxış sayı: 573
Ermənistanda vəkillər həmkarlarının üzləşdikləri zorakılıqlarla bağlı üç günlük tətil elan ediblər və Daxili İşlər Nazirliyi yanında Polis İdarəsinin rəisi Aram Ovannisyanın istefası tələbini irəli sürüblər.
Bu barədə Ermənistan Vəkillər Palatasının bəyanatında deyilir.
Hüquqşünaslar qeyd ediblər ki, fevral-iyun ayları ərzində polis bölmələrində vəkillərə qarşı bir neçə zorakılıq halları baş verib. Onlar bütün məsuliyyəti Ovannisyanın üzərinə qoyub, onun istefasını tələb edilir.
Vəkillər iyulun 11, 12 və 13-də üç günlük etiraz aksiyası keçirəcəklər. Onlar dövlət orqanlarında (o cümlədən məhkəmələrdə və ibtidai istintaq orqanlarında) müdafiə və ya təmsilçilik həyata keçirməyəcəklər. Palata aksiyaya qoşulan vəkillərin yalnız fövqəladə hallarda məhkəmələrə müraciət edəcəklərini vurğulayıb.
“Polis rəisinin vəkillik peşəsinin düşməni elan edilməsi ilə bağlı hüquq ictimaiyyətində sorğular keçiriləcək”, - məlumatda deyilir.
O da bildirilir ki, aksiyadan sonra hüquqşünaslar klubunun iclası çağırılacaq və orada gələcək fəaliyyət müzakirə olunacaq.
Qeyd edək ki, vəkil Karen Alaverdyanın polis bölməsində döyülməsindən sonra vəkillər etiraz aksiyalarına start veriblər. Faktla bağlı istintaq başlayıb.
Bu ilin əvvəlində daha iki vəkil Marzpet Avakyan və Emmanuel Ananyan polis idarəsində zorakılığa məruz qalıblar. Hüquqşünaslar hesab edir ki, bu cür işlərin istintaqı kifayət qədər tez aparılmır və təqsirkarlar cəzasız qalır.