İsrail İranın nüvə obyektlərinə hücumu istisna etmir – KİV
5 saat əvvəlErmənistan və Fransa hərbi-sənaye əməkdaşlığının inkişafını müzakirə ediblər
05 Aprel 2025 17:00 | Baxış sayı: 406
Ermənistanın sənaye naziri Mxitar Ayrapetyan Paris səfəri çərçivəsində Fransanın Silahlanma İdarəsinin (DGA) baş direktoru Emmanuel Şiva ilə iki ölkə arasında hərbi-sənaye əməkdaşlığının inkişafı məsələlərini müzakirə edib.
“Report” xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb.
Görüşdə tərəflər texnologiya mübadiləsi proqramlarının başladılması imkanını müzakirə ediblər.
Bundan əlavə, Ermənistanda müdafiə texnologiyalarının inkişafı ilə bağlı məsələlər və digər mövzular müzakirə olunub.