20 Aprel 2025
Ermənistan silahlanacaq və Konstitusiyasını dəyişdirməyəcək - Paşinyan

Ermənistan silahlanacaq və Konstitusiyasını dəyişdirməyəcək - Paşinyan

Ermənistan silahlanacaq və Konstitusiyasını dəyişdirməyəcək - Paşinyan

31 Yanvar 2025 19:30 | Baxış sayı: 446

Yanvarın 31-də keçirilən mətbuat konfransında Ermənistan baş naziri Nikol Paşinyan Azərbaycanla münasibətlərin nizamlanmasına dair bir sıra prinsipial bəyanatlar səsləndirib.

Xüsusən, o, Bakı həqiqətən sülh istəyirsə, Yerevanın ATƏT-in Minsk Qrupunun buraxılmasına razı olduğunu deyib. "Biz əmin olmaq istəyirik ki, MQ-nin buraxılması Azərbaycan üçün də eyni mənanı verir, Ermənistana qarşı ərazi iddiaları ilə yeni münaqişəyə başlamaq üçün yaşıl işıq deyil", deyə o bildirib.

Yerevanın Azərbaycanın belə bir niyyəti olduğunu düşünmək üçün əsasları var və "Qərbi Azərbaycan" ritorikası bunun üçün əsasdır. Bu, Ermənistanın ərazi bütövlüyü üçün birbaşa təhdiddir", deyə o, sözünə davam edib.

Bakının Ermənistan konstitusiyasına dəyişiklik etmək tələbinə gəlincə, Paşinyan deyib ki, heç nə dəyişməyəcək. "Ermənistanın Konstitusiya Məhkəməsi təsdiq edib ki, bizim Konstitusiyamızda Azərbaycana qarşı ərazi iddiası yoxdur", deyə baş nazir bildirib.

Sülh müqaviləsinin razılaşdırılmış hissəsində bütün bu məsələləri bağlayan maddələr var. Buna görə sülh müqaviləsi imzalandığı təqdirdə Bakının Ermənistan konstitusiyası ilə bağlı narahatlığı aradan qalxacaq, Paşinyan belə hesab edir.

İstənilən suveren ölkə kimi, Ermənistanın da ordusu olacaq. Onun vəzifəsi Ermənistanın təhlükəsizliyini təmin etmək və qorumaqdır. Ermənistanın öz nəzarətində olmayan əraziləri var, amma biz onları hərbi yolla qaytarmağa çalışmayacağıq. Çünki ərazilər Almatı Bəyannaməsi əsasında sərhədin delimitasiyası əsasında qaytarılmalıdır, deyə baş nazir bildirib.