İsrail İranın nüvə obyektlərinə hücumu istisna etmir – KİV
6 saat əvvəlErmənistan İranla sərhəddə TUNEL TİKİR: Kredit ayrılacaq
26 İyul 2024 16:57 | Baxış sayı: 495
Ermənistanın Ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyan hökumətin iclasında Avrasiya Sabitləşdirmə və İnkişaf Fondu tərəfindən Şimal-Cənub dəhlizi çərçivəsində İranla sərhəddə Kacaran tunelinin tikintisi üçün Ermənistana 200 milyon dollar kredit ayrılacağını açıqlayıb.
AJMEDİA.İNFO xəbər verir ki, məlumatı “Azad İran” telegram kanalı yayıb.
Sanosyan tunelin 7 kilometr uzunluğunda olacağını və tikintisi ilə sözügedən marşrut boyunca nəqliyyatın daha yüksək sürətlə həyata keçiriləcəyini, o cümlədən məsafənin əhəmiyyətli dərəcədə qısalacağını bildirib.
Qeyd olunub ki, tunel İrəvan istiqamətində İran sərhədinə gedən yolda yerləşəcək və hər gün bu yoldan 300-ə yaxın İran yük maşını keçəcək.//Musavat.com