SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
12 saat əvvəlErmənistan DİN Qarabağı könüllü tərk etmiş erməniləri silahlarını təhvil verməyə çağırdı
09 Avqust 2024 16:54 | Baxış sayı: 494
Ermənistanın Daxili İşlər Nazirliyi Qarabağı könüllü tərk etmiş erməniləri qanunsuz saxladıqları silahları təhvil verməyə çağırıb.
Bu barədə “Sputnik-Armenia” məlumat yayıb.
Bildirilib ki, həmin silah-sursat sonrakı mərhələdə nazirlikdə qeydiyyata alınacaq.
Nazirlikdən ov tüfəngləri ilə yanaşı, bu ölkənin ərazisinə qanunsuz olaraq keçirilən tapançaların da könüllü şəkildə təhvil verilməli olduğunu bildirilib.