SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
12 saat əvvəlErmənilərin öz uşaqlarını müharibəyə hazırladıqlarını əks etdirən görüntülər yayıldı - VİDEO
17 İyul 2023 19:56 | Baxış sayı: 590
Sosial şəbəkələrdə ermənilərin uşaqlarını müharibəyə necə hazırladıqlarını əks etdirən daha bir video yayımlanıb.
Videogörüntülərdə erməni təlimatçıların azyaşlı uşağa atəş açmağı necə öyrətdikləri əks olunub.
Məlumata görə, uşağın adı David Petrosyandır.
Bu video ermənilərin öz övladlarına azərbaycanlılara qarşı nifrət hissini aşılamağa davam etdiklərinin daha bir sübutudur. Dəfələrlə xəbər verildiyi kimi, qonşularımız uşaqlar üçün hərbi şəhərciklər salır, onlara atəş açmaq və döyüş metodları üzrə təlimlər keçirlər.
İrəvanın sülhə sadiqliyi ilə bağlı ikiüzlü bəyanatlarına baxmayaraq, erməni uşaqlarında düşmən obrazı uşaqlıqdan formalaşdırılır. pravda.az