20 Aprel 2025
““Ermənilərə yardım etmək olmaz” deyənləri qınayıram” - Novella Cəfəroğlu

““Ermənilərə yardım etmək olmaz” deyənləri qınayıram” - Novella Cəfəroğlu

““Ermənilərə yardım etmək olmaz” deyənləri qınayıram” - Novella Cəfəroğlu

10 Yanvar 2023 08:50 | Baxış sayı: 798

Bir neçə gün öncə Azərbaycan Ordusunun əsgərlərinə yaxınlaşıb, ac olduğunu, üşüdüyünü, siqaret istədiyini bildirib. Azərbaycan əsgərləri ona hər cür şərait yaradıblar, ötən günlərin birində isə o, Laçın-Xankəndi yolundakı aksiya ərazisindən Xankəndiyə yola salınıb.

AJMEDİA.İNFO xəbər verir ki, mövzu ilə bağlı Yenisabah.az-a danışan Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiəsi Cəmiyyətinin sədri Novella Cəfəroğlu Azərbaycanın bütün olanlara baxmayaraq yenə də qarşı tərəfə əl uzatmağa hazır olduğunu bildirib:

“Bunu başda Xankəndidə yaşayan ermənilər olmaqla hər kəsə demək lazımdır ki, biz düşmən deyilik. İstəsəniz də, istəməsəniz də siz bizim ərazimidə yaşayırsınız, ona görə də bununla barışmalısınız. Ermənilərə izah etmək lazımdır ki, gəlin normal, sivil qaydada yaşayaq, necə ki, bütün dünya yaşayır.

Faşist Almaniyası vaxtilə Polşanın, Fransanın başına nə oyunlar gətirmişdi. Sizlər də bizim başımıza nə qədər müsibətlər gətirmisiniz. Amma biz sülh naminə yenə sizə əl uzadırıq. Gəlin, bizim vətəndaşımız olun. Nə lazımdırsa, sizi hər şeylə təmin edəcəyik. Təki bizim bayrağımız altında konstitusiyamıza tabe olaraq yaşayın. Biz isə sizə nə lazımdırsa, onu da edəcəyik”.

Hüquq müdafiəçisi sosial şəbəkələrdə erməniyə qarşı bu cür humanistliyi qəbul etmədiklərini bildirənləri də qınayıb:

“Həmişə biz birlikdə yaşamışıq. İstəsək də, istəməsək də biz bunu etməliyik. Mən hesab edirəm ki, həmin şəxsi tutmaq, yaxud başına nə isə gətirmək düzgün hərəkət olmazdı. Biz tərəfdən kimsə Ermənistana keçsəydi bəlkə də onu tutub dama basardılar, amma biz erməni deyilik. Biz elə dövlətik ki, hər zaman hamıya əl uzatmışıq. Azərbaycanda bütün millətlər yaşayıb. O vaxt Faşistlər yəhudilərin başına oyun açanda yəhudilər Bakıda hamıdan yaxşı yaşayıblar. Bizdə nə qədər milli azlıqlar yaşayıb. Biz qardaşıq və həmişə bir yerdə yaşamışıq, bundan sonra da yaşayacağıq. Biz bütün dünyaya öz sifətimizi göstərməliyik, heç kəsə bənzəməməliyik. Sosial şəbəkələrdə ermənilərə yardım etmək olmaz yazanları qınayıram, onlar düzgün hərəkət etmirlər”.