Ermənilərə göndərilən ərzaq yükünə nələr daxildir? - FOTO
22 Sentyabr 2023 09:12 | Baxış sayı: 793
Xəbər verdiyimiz kimi, Fövqəladə Hallar Nazirliyi tərəfindən Qarabağın erməni sakinlərinə ərzaq yükü aparılıb.
AJMEDİA.İNFO xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkədə yayılıb. Göndərilən yükün içərisində gündəlik qidalar və təmizlik vasitələri olub.
Bunlara çay, duru yağ, makaron, düyü, diş pasta və fırçaları, sabun, peçenyə və s. daxildir.