İsrail İranın nüvə obyektlərinə hücumu istisna etmir – KİV
14 dəqiqə əvvəlErmənilər Azərbaycanın Livandakı səfirliyinə hücum etdilər - Dağıntılar və xəsarət alanlar var (FOTO)
30 Avqust 2023 17:08 | Baxış sayı: 861
29 avqust tarixində Ermənilər tərəfindən Azərbaycanın Livandakı səfirliyinə hücum edilib.
Bu barədə səfirlikdən məlumat verilib.
Məlumatda bildirilir ki, hücum nəticəsində səfirliyin şüşələri daşlarla sındırılıb və boya partlayıcılarından istifadə edilib.
Qeyd edək ki, Azərbaycanın Livandakı Səfiri səhhəti ilə əlaqədar olaraq bir neçə aydır Azərbaycandadır.
Məlumat üçün onu da bildirək ki, Livanda fəaliyyət göstərən Daşnaksütyun partiyası sözügedən görüntüləri sosial media hesablarında yayıb.
Musavat.com