20 Aprel 2025
Ermənilər Azərbaycanın hava məkanında ABŞ və İsrail laynerlərinə radiomaneələr tətbiq ediblər

Ermənilər Azərbaycanın hava məkanında ABŞ və İsrail laynerlərinə radiomaneələr tətbiq ediblər

Ermənilər Azərbaycanın hava məkanında ABŞ və İsrail laynerlərinə radiomaneələr tətbiq ediblər

02 Sentyabr 2023 13:30 | Baxış sayı: 1223

Qarabağdakı qanunsuz erməni silahlı birləşmələri Azərbaycanın hava məkanından istifadə etməklə uçuşlar yerinə yetirən xarici aviaşirkətlərin sərnişin təyyarələrinin GPS peyk naviqasiya sistemlərinə növbəti dəfə radiomaneələr tətbiq edib. Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin sentyabrın 2-də səhər yaydığı məlumatda bildirilir.

AJMEDİA.İNFO xəbər verir ki, radiomaneələrin tətbiqi nəticəsində sentyabrın 1-də Paris-Pekin marşrutu üzrə uçan ABŞ Hava Yollarının B-77L tipli sərnişin təyyarəsinin GPS peyk naviqasiya sistemində saat 11:15-dən 11:36-dək, Təl-Əviv-Bakı marşrutu üzrə uçan İsrail Hava Yollarının C-650 tipli sərnişin təyyarəsinin GPS peyk naviqasiya sistemində saat 13:30-dan 13:58-dək fasilə yaranıb.

Qeyd olunan faktlar barədə Rusiya sülhməramlı kontingentinin komandanlığı məlumatlandırılıb.