SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
12 saat əvvəlErməni yük maşınları yenə sərhəddə gözləyir
29 İyul 2024 10:48 | Baxış sayı: 450
850-yə yaxın erməni maşını Rusiya-Gürcüstan sərhədində, Yuxarı Lars keçid məntəqəsində qalıb.
Axar.az xəbər verir ki, tıxacla bağlı Şimali Osetiya Nəqliyyatı İdarəetmə Mərkəzi məlumat yayıb.
Bildirilib ki, ümumilikdə, 2,7 mindən çox avtomobil sərhədi keçmək üçün gözləyir.
Xatırladaq ki, yüksək dağlıq ərazilərdən keçən Gürcüstan Hərbi Yolu hazırda Rusiyanı Gürcüstan və Ermənistanla birləşdirən yeganə quru yoludur.