20 Aprel 2025
Erməni kilsəsi yenə qana susayıb - müharibə çağırışı...

Erməni kilsəsi yenə qana susayıb - müharibə çağırışı...

Erməni kilsəsi yenə qana susayıb - müharibə çağırışı...

27 Fevral 2025 09:40 | Baxış sayı: 911

II Qaregin iddia edir ki, Ermənistan təhlükədədir və Azərbaycan onu işğal edə bilər - şərh

Erməni kilsəsi antisülh bəyanatlarını davam etdirir. Katalikos II Qaregin xalqı mübarizəyə səsləyib. Bildirib ki, Ermənistan guya təhlükədədir və hər an Azərbaycan onu işğal edə bilər. “Vətən təhlükədə olanda bütün xalq mübarizə bayrağı qaldırmalıdır. Bu gün həmin gündür”, - deyə II Qaregin söyləyib.

Əslində erməni kilsəsi həmişə fitnə ilə məşğul olub. Qarabağda antiterror əməliyyatına qədər də kilsə xadimləri erməniləri qan tökməyə çağırırdı. Halbuki din adamı sülhə tərəfdarı olmalıdır. İndi də populist çıxışlar və ictimai rəyə yalan informasiyalar servis edən II Qaregin xalqa müharibəyə hazır olmağı təbliğ edir.