SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
4 saat əvvəlErkin Qədirli demokratik yolla deputat seçilmədiyini belə ETİRAF ETDİ – VİDEO
25 Yanvar 2023 15:41 | Baxış sayı: 730
Milli Məclisin deputatı Erkin Qədirli son açıqlaması ilə gündəm olub.
AJMEDİA.İNFO xəbər verir ki, bloger Mehman Hüseynovun “Hər deputata bir sual” layihəsində qonaq olan parlamentari etdiyi etirafla sosial şəbəkələrdə müzakirə obyekti olub.
Blogerin “Mənə Milli Məclisdə oturan bir deputatın adını deyə bilərsinizmi ki, o, xalqın səsi ilə parlamentdə oturub?” sualına verdiyi iki cümləlik cavabdan E.Qədirli sonra sosial şəbəkə istifadəçiləri tərəfindən “İlin ən səmimi deputatı” elan olunub.
E.Qədirlinin reaksiyası belə olub: “Vallah, bunu heç özün haqda da deyə bilmərəm. Demokratik seçki olsaydı, bunu əminliklə deyə bilərdim, amma bizim ölkəmizdə demokratik seçki yoxdur”.