SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
3 saat əvvəl"Əri telefonunda..." - 38 yaşlı Aybənizin ölümünün TƏFƏRRÜATI
12 Avqust 2024 12:04 | Baxış sayı: 403
Ötən gün Cəlilabadda baş verən intihar hadisəsinin bəzi təfərrüatı məlum olub.
AJMEDİA.İNFO Oxu.az-a istinadən bildirir ki, hadisə qısqanclıq zəminində baş verib. Belə ki, 1986-cı il təvəllüdlü Aybəniz Əbilova Bakıda övladları ilə birlikdə kirayədə yaşayıb. Oğlu əsgərlikdən yeni gəlib. Qızı isə tələbədir. Qadın paytaxtdakı gözəllik salonlarının birində çalışırmış.
A.Əbilova üç gün əvvəl Cəlilabaddakı evlərinə baş çəkmək üçün gedib. Əri telefonunda yad nömrə gördüyü üçün aralarında mübahisə düşüb. Daha sonra əri işə gedib. Evdə tək olan qadın evi təmizləyib, həyəti süpürüb, ağacları suvarıb, axşam üçün yemək hazırlayıb və canına qıyıb.