SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
12 saat əvvəlƏrəb ölkəsində ilk dəfə: BƏƏ məktəbləri Holokost tarixini öyrənəcək
10 Yanvar 2023 10:41 | Baxış sayı: 704
Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) məktəblərdə Holokost tarixini tədris edən ilk ərəb ölkəsi olacaq. Tədrisin orta və liseydə olacağı gözlənilir.
AJMEDİA.İNFO xəbər verir ki, bu barədə BƏƏ-nin ABŞ-dakı səfirliyi məktəb kurikulumunda yeniliklərin tətbiqi barədə məlumat verib.
Əksər ərəb ölkələrində Holokostun inkar edildiyini nəzərə alsaq, BƏƏ-nin qərarı təkcə tarixi deyil, həm də inqilabi görünür.
BƏƏ-nin Mədəniyyət və Gənclər Nazirliyi Yerusəlimdəki Yad Vaşem Holokost memorial kompleksinə Holokost tarixinin tədrisi üçün kurrikulumun hazırlanmasında kömək istəyi ilə müraciət edib.