SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
10 saat əvvəlƏrəb ölkələri Suriyadan bütün xarici qüvvələri çıxarmağa çağırıb
01 May 2023 16:02 | Baxış sayı: 514
Ərəb ölkələri Suriyadan bütün xarici qüvvələri çıxarmağa çağırıb.
Bu barədə Misir, İordaniya, İraq, Səudiyyə Ərəbistanı və Suriya xarici işlər nazirlərinin Əmmanda keçirilən görüşünün yekun bəyanatında deyilir.
"Siyasi həll yolu Suriyanın suverenliyini qorumalı, xalqının istəklərini təmin etməli və onu terrordan xilas etməlidir", - "Əl Hadath" telekanalı bəyanatdan sitat gətirib.
"Siyasi həll Suriyada qeyri-qanuni mövcud olan bütün xarici qüvvələrin çıxarılmasına gətirib çıxarmalıdır", - görüş iştirakçıları vurğulayıblar.