SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
9 saat əvvəlƏrəb biznesmen Azərbaycanda ADAM BIÇAQLADI
03 Noyabr 2023 08:05 | Baxış sayı: 762
Azərbaycanda tanınmış ərəb iş adamı adam bıçaqlayıb.
AJMEDİA.İNFO News24.az-a istinadən xəbər verir ki, Al-Ubeydi Ədhəm Məhəmməd Bakı şəhər sakini Sadiq Rəhimovu bıçaqlayıb.
Azərbaycanda fəaliyyət göstərən "Narginer RR" MMC-nin qanuni təmsilçisi olan Al-Ubeydi Ədhəm Məhəmməd hüquq mühafizə orqanları tərəfindən saxlanılıb və barəsində Cinayət Məcəlləsinin 126.2.4-cü (Qəsdən sağlamlığa ağıq zərər vurma - ümumi təhlükəli üsulla, xuliqanlıq niyyəti ilə törədildikdə) maddəsi ilə cinayət işi başlanıb.
Cinayət işinin ibtidai istintaqı başa çatıb və iş baxılması üçün məhkəməyə göndərilib.