20 Aprel 2025
Ərdoğanla Meloni görüşmək istədiklərini bildiriblər

Ərdoğanla Meloni görüşmək istədiklərini bildiriblər

Ərdoğanla Meloni görüşmək istədiklərini bildiriblər

31 May 2023 21:30 | Baxış sayı: 570

İtaliyanın Baş naziri Corca Meloni ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.

Bu barədə hökumət başçısının mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, liderlər yaxın zamanda görüşün mümkünlüyünə ümid etdiklərini ifadə ediblər.

“İtaliyanın Baş naziri Türkiyə Prezidentini yenidən seçilməsi münasibətilə təbrik edib. Telefon danışığı zamanı ikitərəfli əlaqələr müzakirə olunub, ümumi təhlükəsizliyin təmin edilməsində əməkdaşlığa, regional, Avropa və çoxtərəfli səviyyələrdə tərəfdaşlıq əlaqələrinin gücləndirilməsinə hazır olduqları bildirilib”, - mətbuat xidməti qeyd edib.