SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
9 saat əvvəlƏrdoğanın oğlu Bakıdadır - FOTOLAR
28 Sentyabr 2023 09:40 | Baxış sayı: 895
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın oğlu, Elm Yayma Vəqfi və Dünya Etnoidman Konfederasiyasının sədri Bilal Ərdoğan Azərbaycana səfər edib.
Bu barədə AJMEDİA.İNFO-ya Türkiyənin Azərbaycandakı səfirliyindən məlumat verilib.
Bildirilir ki, B.Ərdoğan Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyini və Azərbaycan İlahiyyat İnstitutunu ziyarət edib.
O, liseydə 27 Sentyabr - Anım Günü münasibəti ilə təşkil edilən tədbirlərdə iştirak edib. B.Ərdoğan İlahiyyat İnstitutunda isə təhsil müəssisəsinin rektoru Aqil Şirinov ilə görüş keçirib.