SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
11 saat əvvəlƏrdoğan və Netanyahu enerji və texnologiya sahəsindəki əməkdaşlığı müzakirə ediblər
20 Sentyabr 2023 03:22 | Baxış sayı: 984
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailin Baş naziri Binyamin Netanyahunu Nyu-Yorkdakı Türk Evində qəbul edib.
AJMEDIA.INFO xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin Administrasiyasının kommunikasiya idarəsi məlumat yayıb.
Bildirilib ki, beynəlxalq və regional məsələlərin müzakirə edildiyi görüşdə iki ölkə arasında siyasi və iqtisadi əlaqələr və İsrail-Fələstin münaqişəsi ilə bağlı son hadisələr ətrafında fikir mübadiləsi aparılıb.
Qəbul zamanı Ərdoğan Türkiyənin İsrail ilə enerji, texnologiya, innovasiya, süni intellekt və kibertəhlükəsizlik sahələrində ortaq işlər görə biləcəyini, sülhün hökm sürdüyü bir dünya üçün hamının birlikdə çalışması lazım olduğunu vurğulayıb.