20 Aprel 2025
Ərdoğan Putinə xüsusi ad günü hədiyyəsi göndərib – Dəyəri nə qədərdir?

Ərdoğan Putinə xüsusi ad günü hədiyyəsi göndərib – Dəyəri nə qədərdir?

Ərdoğan Putinə xüsusi ad günü hədiyyəsi göndərib – Dəyəri nə qədərdir?

08 Oktyabr 2024 16:55 | Baxış sayı: 249

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan xüsusi olaraq Rusiya lideri Vladimir Putinə ad günü hədiyyəsi göndərib.


AJMEDİA.İNFO-nun xarici mediaya istinadən məlumatına görə, bu barədə jurnalistlərə dövlət başçısının beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov bildirib.


"Türkiyə prezidenti dünənki telefon söhbətindən əvvəl xüsusi olaraq hədiyyə göndərib", - Kremlin sözçüsü bildirib.


Uşakov bunun “yaxşı türk hədiyyəsi” olduğunu açıqlayıb. Eyni zamanda, bu hədiyyənin dövlət qulluqçuları üçün icazə verilən üç min rubl (30 dollardan çox) daxilində olub-olmaması sualına cavab verən Uşakov qeyd edib ki, hədiyyə "bir az bahadır".


Putinin ad günü üçün daha nə alması ilə bağlı danışan prezidentin köməkçisi “hədiyyələr var” deyə cavab verib.