20 Aprel 2025
Ərdoğan Özgür Özəli məhkəməyə verdi - 13 min dollar istəyir

Ərdoğan Özgür Özəli məhkəməyə verdi - 13 min dollar istəyir

Ərdoğan Özgür Özəli məhkəməyə verdi - 13 min dollar istəyir

08 Aprel 2025 15:49 | Baxış sayı: 256

Rəcəb Tayyib Ərdoğan ana müxalifət partiyası CHP-nin sədri Özgür Özəldən məhkəməyə şikayət edib.

AJMEDİA.İNFO xəbər verir ki, Türkiyə prezidentin vəkili Hüseyn Aydının sözlərinə görə, iddiada xunta ilə müqayisə və təhqirlərə görə 500 min lirə (təxminən 13 min 100 dollar) məbləğində mənəvi təzminat tələbi var.

Vəkil onu da qeyd edib ki, prezidentin təhqir olunması ilə bağlı iddia cinayət işinin başlanması üçün Ankara Baş Prokurorluğuna göndərilib.

Aprelin 6-da Ankarada CHP-nin növbədənkənar qurultayı keçirilib və Özəl yenidən partiya başqanı seçilib. Siyasətçi çıxışı zamanı Ərdoğanı və hökumətini darbecilərlə müqayisə edib və onları “ölkəni zəbt etmiş xunta” adlandırıb. Özəlin bu sözləri hökumət üzvlərinin kəskin tənqidinə səbəb olub.