20 Aprel 2025
Ərdoğan azərbaycanlı alimi vəzifədən çıxardı

Ərdoğan azərbaycanlı alimi vəzifədən çıxardı

Ərdoğan azərbaycanlı alimi vəzifədən çıxardı

13 Aprel 2025 10:30 | Baxış sayı: 433

Türkiyə Prezidenti yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasına təyinatlar açıqlanıb.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə məlumat "Rəsmi Qəzet"də dərc olunub.

Prezident yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasına təyinatlarda indiyə kimi bu qurumda yer alan azərbaycanlı alim - professor Aygün Attarın adı yoxdur. Məlumatı Aygün Attarın özü də təsdiqləyib.

Xatırladaq ki, Aygün Attar Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 6 fevral 2021-ci il tarixli əmri ilə Prezident yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü təyin edilmişdi. Daha əvvəl Türkiyədə Giresun Universitetinin rektoru olub. /axar.az/