20 Aprel 2025
Ərdoğan azərbaycanəsilli aktyora YÜKSƏK VƏZİFƏ VERDİ - FOTO

Ərdoğan azərbaycanəsilli aktyora YÜKSƏK VƏZİFƏ VERDİ - FOTO

Ərdoğan azərbaycanəsilli aktyora YÜKSƏK VƏZİFƏ VERDİ - FOTO

11 Avqust 2023 09:03 | Baxış sayı: 547

Azərbaycanəsilli aktyor Tamer Karadağlı Türkiyə Dövlət Teatrlarının baş direktoru olub.

AJMEDİA.İNFO xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğanın imzası ilə yeni təyinat “Rəsmi Qəzet”də dərc edilib.

Xatırladaq ki, Azərbaycan əsilli aktyor ailəsi ilə Qarsın Sarıkamış rayonunda yaşayıb. İbtidai məktəb başlamazdan əvvəl ailəsi ilə birlikdə ABŞ-da məskunlaşan Karadağlı daha sonra Türkiyəyə qayıdıb və yenidən ABŞ-a gedib.

Bilkent Universitetinin musiqi və ifaçılıq sənətləri fakültəsində təhsil alan aktyor ilk dəfə 1993-cü ildə filmə çəkilib.

Uzun illər rol aldığı "Çocuklar duymasın" isə Karadağlını məşhurluğun zirvəsinə çatdırıb.