SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
10 saat əvvəl“Enerqoatom”: “Rusiya Zaporojye AES-də əsgərlərin sayını artırıb”
16 May 2023 22:00 | Baxış sayı: 595
Rusiya Ukraynanın Zaporojye Atom Elektrik Stansiyasında hərbçilərinin sayını xeyli artırıb.
Bu barədə Ukraynanın “Enerqoatom” Milli Nüvə Enerjisi İstehsalı Şirkəti məlumat yayıb.
"Hazırda burada 2 500-dən çox Rusiya hərbçisi var və onların sayı stansiyanın şəxsi heyətindən də çoxdur", - “Enerqoatom” qeyd edib.
Şirkətdən bildirilib ki, Rusiya ordusu stansiyanı öz möhkəmlənmiş hərbi bazasına çevirir.
“İşğalçılar hələ də AES-in ərazisində və nüvə alimləri şəhərində qalırlar, lakin çox keçmədən Ukrayna Silahlı Qüvvələri Enerqodar torpağına gələcək”, - şirkət vurğulayıb.
Xatırladaq ki, bir neçə gün əvvəl Zaporojye AES-də personalın sayının xeyli azaldığı məlum olub.