SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
9 saat əvvəlƏn xəyanətkar və güvənilməz BÜRCLƏR - Onlardan UZAQ OLUN!
14 Avqust 2024 13:41 | Baxış sayı: 462
Astrologiyaya görə, bəzi bürclərin nümayəndələri həddindən artıq sadiq və etibarlı olsalar da, bəziləri tam əksinə, xəyanətkar və güvənilməzdir.
AJMEDİA.İNFO SAVASH.ORG-a istinadən astrologiyanın xəyanətə ən meyilli bürclərini təqdim edir:
BUĞA
Seksə düşkün Buğalar zodiakın ən xəyanətkar bürclərindən hesab olunurlar. Buğalar əsl eşqini tapana qədər axtarışdadırlar. Əgər bir insanı sevmirlərsə, onlar üçün ön plana maddiyyat keçir. Bahalı hədiyyələri və lüks həyatı sevən Buğaları istədikləri həyatı yaşada biləcək insanlar cəzb edir.
QIZ
Zodiakın ən vasası və şübhəçi bürcü olan Qız da xəyanətkar hesab olunur. Onlar ünsiyyətə meyilli olsalar da, bir müddətdən sonra detallara ilişib qalmaları ilə qarşı tərəfi bezdirirlər. Etinasızlıq gördükdə isə çarəni başqa partnyorda axtarırlar.
TƏRƏZİ
Gözəlliyə aşiq olan Tərəzilər ən şorgöz bürclərdəndir. Onlar 90 yaşda belə olsalar, qarşı cinsə maraqları ölmür. Bir partnyoru başqası ilə əvəz etməkdə mahirdirlər. Xəyanətə meyilli olduqları hər kəs tərəfindən bilinsə də, daim qarşı tərəfin diqqət mərkəzinə düşə bilirlər.
ƏKİZLƏR
Həddindən artıq ünsiyyətcil və hərəkətli Əkizlərin istədiyini ilk tanış olduğu insanda tapması nadir görünən haldır. Onlar daha çox insan tanımağı, macəralara atılmağı sanki qarşılarına məqsəd qoyublar. Bu da onların çox vaxt xəyanət etmələrinə səbəb olur. (https://www.savash.org/en-x%c9%99yan%c9%99tkar-burcler-onlardan-uzaq-olun/)
BALIQLAR
Emosional və xəyalpərəst Balıqlar şorgöz bürclərdən hesab olunur. Onlar partnyorları ilə həyatlarında hər şey normal olsa belə, daxilən axtarışda olurlar. Bu da onların müxtəlif macəralara sürüklənməsinə səbəb olur.