SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
12 saat əvvəlƏn sadəlövh BÜRCLƏR - Onlar yalana TEZ İNANIRLAR
17 İyul 2023 08:09 | Baxış sayı: 671
Astrologiyada bürclərin xüsusiyyətlərinin insanlara təsiri ilə bağlı çoxlu mövzular var. Bəzi bürclər son dərəcə hiyləgər və sayıq olsalar da, bəziləri isə hər şeyə inanaraq asanlıqla aldana bilərlər.
AJMEDİA.İNFO Publika-ya istinadla xəbər verir ki, ən sadəlövh 3 bürc bunlardır:
BUĞA
Bu bürc sevdikləri insanlara xəyanət etmir. Həyatındakı insanlara və işinə bağlı olur. Buğalar heç kim haqqında mənfi düşünmürlər. Onlar hər şeyi olduğu kimi yaşayır.
Buğa bürcünün həyatında kiçik yalanlara belə yer yoxdur. Onlar həmişə dürüstlükləri ilə seçilirlər. Buğa bürcü etibarlı olduğu üçün ətrafdakı hər kəs onlardan dəstək alır. Buna görə yalan danışmağı son ehtimal olaraq görürlər. Onlar inam qazanmağa çalışanların bir və ya iki hərəkəti ilə ən asan aldadılan bürclərdən biridir.
QIZ
Zahirən qızlar digər bürclər kimi emosional olmasalar da, daxildə kifayət qədər həssas ola bilərlər. Onlar həddindən artıq təhlil etməyə meyillidirlər.
Qızlar başqalarını tənqid etdikləri kimi özlərini də tənqid etməyə çox əhəmiyyət verirlər. Bu səbəbdən yalançı sözlər belə onları aldada, bədbin əhval-ruhiyyəyə sürükləyə bilər.
TƏRƏZİ
Tərəzilər çox nəzakətli və mehribandırlar. İnsanlar onlardan çox tez istifadə edə bilərlər. Onların ürəyini qırmaq asandır. Hər neqativ hadisədə özlərini məhv edirlər. İnsanlara tez güvəndikləri üçün məyus olurlar.
Tərəzilər də çox yaxşı niyyətli olduqları üçün hər kəsi özləri kimi görürlər. Ona görə də insanlar haqqında çox yanılırlar.