SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
12 saat əvvəlƏn kinli bürc onlardır - Qisasdan həzz alırlar
04 Aprel 2024 07:46 | Baxış sayı: 613
Astrologiyaya görə, ən kinli bürclər Dolça və Əqrəb bürcləridir.
AJMEDİA.İNFO xarici mediaya istinadən xəbər verir ki, astroloqlar bu iki bürcün insanlara qarşı daha aqressiv, daha qəddar olduqlarını düşünürlər.
Dolça bürcü altında doğulan insanların aqressiyası təkcə onunla sizin aranızda olanlarla bağlı deyil. Onlar göründükləri kimi soyuqqanlı yox, həssas biridirlər. Odur ki, yaşadıqları travmalar və sevgisizlik, uğursuzluqlar onları insanlara qarşı kinli və aqressiv birinə çevirib. Ona görə də, normal insanların adi qarşılayacağı kiçik küskünlükləri onlar düşmənçiliyə çevirə bilərlər.
Əqrəb bürcləri asosiallıqları ilə seçilirlər. Odur ki, münasibətləri yaxşı olduqları insanlarla da çox ünsiyyət qurmurlar. Əgər bir dəfə onların qəzəbinə tuş gəlsəniz, uzun müddət sizə qarşı kin güdəcək, hətta intiqam almağa çalışacaqlar. Onlarla yoldaşlıq edərkən, iki dəfə düşünmək lazımdır.(mətbuat.az)