UEFA israilli azarkeşlərə hücumla bağlı bəyanat yaydı
11 saat əvvəlƏn çox qızıl ehtiyatına malik 10 ölkə
05 Oktyabr 2024 20:04 | Baxış sayı: 289
“Çətin geosiyasi vəziyyət hökumətlərin qızıla tələbini həmişəkindən daha çox stimullaşdırır”.
AJMEDİA.İNFO xəbər verir ki, bu barədə RBK Dünya Qızıl Şurasının (WGS) məlumatlarına istinadən məlumat yayıb.
WGS sorğusuna əsasən, müxtəlif ölkələrin mərkəzi banklarının 29%-i gələn il ərzində qızıl ehtiyatlarını artırmaq niyyətindədir. Bu, bu mövzuda ilk sorğunun keçirildiyi 2018-ci ildən bəri ən yüksək səviyyədir.
Ən böyük qızıl ehtiyatlarına malik ilk 10 ölkəyə aşağıdakılar daxildir:
ABŞ (8,13 min ton)
Almaniya (3,35 min ton)
İtaliya (2,45 min ton)
Fransa (2,44 min ton)
Rusiya (2,34 min ton)
Çin (2,26 min ton)
İsveçrə (1,04 min ton)
Yaponiya (0,85 min ton)
Hindistan (0,84 min ton)
Hollandiya (0,61 min ton).
“Mərkəzi banklar tərəfindən qızıl-valyuta ehtiyatlarının artırılması maliyyə bazarının aktual narahatlıqları, o cümlədən böhran risklərinin artması və inflyasiyanın artması ilə diktə olunur”, - nəşr bildirib.//Yeniavaz.com