20 Aprel 2025
"Əməkdaşlarımız nəfəs ala bilmirdi..." - Xəzər TV-nin işçisi DANIŞDI

"Əməkdaşlarımız nəfəs ala bilmirdi..." - Xəzər TV-nin işçisi DANIŞDI

"Əməkdaşlarımız nəfəs ala bilmirdi..." - Xəzər TV-nin işçisi DANIŞDI

27 Sentyabr 2024 17:00 | Baxış sayı: 660

Xətai rayonu, Süleyman Əhmədov küçəsində, Xəzər Media Mərkəzinin binasının qonşuluğunda baş verən yanğın nəticəsində zəhərlənənlər var.


AJMEDİA.İNFO xəbər verir ki, bu barədə Axar.az-a Xəzər TV-nin əməkdaşı məlumat verib.


“Partlayış boya zavodunda olduğu üçün tüstüdən və kimyəvi maddənin qoxusundan əraziyə yaxınlaşmaq olmur. Əraziyə polis əməkdaşları cəlb olunub. Polislər Xəzər TV-nin əməkdaşlarının hamısını binadan çıxarıblar. Televiziyanın binası tamamilə boşaldılıb. Səbəb isə yanğından dolayı tüstünün binanı bürüməsidir. Kanalın əməkdaşları nəfəs ala bilməyib. Partlayış olan ərazidə zavodun əməkdaşları zəhərlənib. Xəzər TV-nin əməkdaşlarının zəhərlənib-zəhərlənmədiyi ilə bağlı məlumat yoxdur. Ölüm olub-olmadığı da bilinmir, çünki zəhərli maddənin təsirindən əraziyə yaxınlaşa da bilmirlər. Bir neçə dəfə partlayış səsi eşidilib”, - televiziyanın əməkdaşı bildirib.