SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
9 saat əvvəlƏməkdar məşqçi vəfat etdi - FOTO
06 Noyabr 2024 10:46 | Baxış sayı: 263
Azərbaycanın Əməkdar məşqçisi, sabiq voleybolçu Yaqub Rəsulov vəfat edib.
AJMEDİA.İNFO xəbər verir ki, 70 yaşlı çalışdırıcı uzunsürən xəstəlikdən sonra dünyasını dəyişib.
Mərhum sabah Masallı şəhər qəbiristanlığında dəfn olunacaq.
Qeyd edək ki, Yaqub Rəsulov kişi və yeniyetmə voleybolçulardan ibarət milli komandanın məşqçisi olub.
O, son olaraq “Murov Az Terminal” voleybol klubunda yeniyetmə və gənc voleybolçuların seçilməsi üzrə seleksiya işlərinə nəzarət edirdi.