SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
9 saat əvvəlƏməkdar jurnalist telekanala rəhbər TƏYİN OLUNDU - FOTO
09 Sentyabr 2024 16:00 | Baxış sayı: 289
Əməkdar jurnalist Elsevər Dünyamalıyevə yüksək vəzifə verilib.
AJMEDİA.İNFO xəbər verir ki, o, MTV telekanalına rəhbər təyin olunub.
Qeyd edək ki, əməkdar jurnalist bundan əvvəl, “Mədəniyyət” və “İdman Azərbaycan” kanallarında baş direktor, AzTV sədrinin birinci müavini olub.
Xatırladaq ki, MTV Azərbaycan “Azerspace-1” peyki vasitəsilə yayımlanan telekanaldır.
Azərbaycan incəsənətinin təbliğatı sahəsində yeni imkanlar açan kanal 11.05.2012 tarixindən fəaliyyətə başlayıb. Televiziya yayıma başladığı ilk gündən tamaşaçılara dünya və ölkə musiqi xəzinəsinin incilərini təqdim edir.
Artıq telekanalda ictimai-siyasi verilişlərin də sayı artır. Ölkənin xəbər məkanında MTV-nin də xüsusi çəkisi var. Telekanalda xəbər proqramlarının efir vaxtı artırılıb.(Konkret.az)