İsrail İranın nüvə obyektlərinə hücumu istisna etmir – KİV
8 dəqiqə əvvəlƏməkdar jurnalist koreyalıya ərə gedən azərbaycanlı qızı TƏHQİR ETDİ: " "Anqırıb, tayını tapdı..." - FOTO
12 İyun 2023 12:32 | Baxış sayı: 450
Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Əməkdar jurnalist Rəhman Orxanın xarici vətəndaşla evlənən azərbaycanlı xanım barədə yazdığı status səs-küyə səbəb olub.
AJMEDİA.İNFO xəbər verir ki, jurnalistin yazısı birmənalı qarşılanmayıb, sosial media istifadəçiləri onu bu fikirlərinə görə tənqid ediblər.
Sözügedən statusu təqdim edirik:
"Anqırıb, tayını tapdı? Bu bədbəxt azərbaycanlı qız bu koreyalının nəyinə aşiq olub? Başına azərbaycanlı oğlan qəhət idi? Gözəl də qızdır. Ancaq namus-qeyrət barədə düşünməyib. Belə çıxır ki, bəzi qızların başını bir az boş buraxdınsa, hansısa itə-qurda gedəcəklər. Bunun atası nə düşünüb, hansı ağıla qulluq edib? Bundan olan metis, hibrid uşaqlar təbii ki, azərbaycanlı olmayacaq. Belə "xoşbəxtlik" bizim xalqa lazımdırmı?".