SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
4 saat əvvəlƏməkdar artist: “Rəşid Behbudov imkan vermədi “Nəsimi”yə çəkilim” - VİDEO
04 Dekabr 2024 12:41 | Baxış sayı: 338
Əməkdar artist Ruhəngiz Musəvi iddia edir ki, “Nəsimi” filmində Şəms obrazını canlandırmalı imiş.
AJMEDİA.İNFO xəbər verir ki, bu barədə o, “El canlı” verilişində danışıb.
Müğəninin sözlərinə görə mərhum Xalq artisti Rəşid Behbudov buna imkan verməyib:
“Bəli, dahi Rəşid müəllim məni “Nəsimə” filminə çəkilməyə icazə vermədi. 1972-ci ildə Rəşid Behbudov adına musiqili teatrda çalışırdım. Tərəf müqabilim Eldar Mahmudov olub. Tofiq Quliyevin yaradıcılıq gecəsi idi. Mən də o tədbirə müğənni kimi dəvət almışdım. Diktor Rafiq Hüseynov mənə yaxınlaşıb dedi ki, bəs İsa Hüseynov və Həsəd Seyidbəyli deyirlər ki, Şəmsimizi tapmışıq.Bircə Rəşid Behbudovdan icazə almaları qalmışdı. O da dedi ki, bura sənin üçün kinostudiyadır?! Get ya kinoya çəkil, ya da oxu”.