SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
4 saat əvvəl"Əlvida, Cavanşirsiz..." - Firuzə İbadovadan GÖZLƏNİLMƏZ AÇIQLAMA
24 Aprel 2024 13:04 | Baxış sayı: 513
“Cavanşirsiz səhnəni tərk edirəm!”
AJMEDİA.İNFO xəbər verir ki, bu barədə Medianews.az-a açıqlamasında Əməkdar artist Firuzə İbadova bildirib.
30 ildən çox mərhum Əməkdar artist Cavanşir Məmmədovla duet ortağı olan F.İbadovanın verdiyi məlumata görə, o, bu gündən etibarən səhnəyə əlvida deməyi qərara alıb.
“Cavanşirsiz səhnəyə çıxmağa stop qoydum. Daha efirlərdə görməyəcəksiniz məni. Onunla bərabər gəldim, o getdi, mən də daha yoxam!” – deyən Firuzə xanım dəvət aldığı toylardan da uzun müddət imtina etdiyini vurğulayıb.
“Bir də nə vaxtsa xarici ölkədə səhnəyə çıxma ehtimalım ola bilər… əlvida, səhnə!”