SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
10 saat əvvəlElşən Mahmudova yeni VƏZİFƏ VERİLDİ - FOTO
23 Fevral 2024 12:04 | Baxış sayı: 645
Mərkəzi Bankın sabiq departament direktoruna yeni vəzifə verilib.
AJMEDİA.İNFO Qaynarinfo-ya istinadən xəbər verir ki, nazir Sahil Babayevin müvafiq əmri ilə Mahmudov Elşən Mahmud oğlu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyəti sədrinə müşavir təyin edilib.
Qeyd edək ki, Elşən Mahmudov bir neçə ay əvvəl Mərkəzi Bakın Nağd Pul Departamentinin direktoru vəzifəsindən azad edilib. O, Elmar Rüstəmovun Mərkəzi Bank sədri olduğu vaxt 15 il - 2008-ci ildən 2023-cü ilə kimi müxtəlif vəzifələrdə çalışıb, həmçinin Bankın Sumqayıt Ehtiyat Mərkəzinin direktoru vəzifəsini tutub.
Elşən Mahmudov Mərkəzi Bankda çalışdığı müddət ərzində Elman Rüstəmovun adamı kimi tanınıb.