19 Aprel 2025
Əli Xamenei İran ordusuna İsrailə hücum üçün hazırlıq ƏMRİ VERDİ

Əli Xamenei İran ordusuna İsrailə hücum üçün hazırlıq ƏMRİ VERDİ

Əli Xamenei İran ordusuna İsrailə hücum üçün hazırlıq ƏMRİ VERDİ

01 Noyabr 2024 12:10 | Baxış sayı: 236

Dünən "The New York Times" qəzeti adı açıqlanmayan üç İran rəsmisinə istinadən yazıb ki, İranın Ali Rəhbəri Əli Xamenei ölkənin Ali Milli Təhlükəsizlik Şurasına İsrailə hücuma hazırlaşmaq göstərişi verib.


AJMEDİA.İNFO bildirir ki, bu barədə "Azad İran" "Telegram" kanalıməlumat yayıb.


Məlumata görə, Xamenei İsrailin hücumlarında İranın raket istehsal gücünə, Tehran ətrafındakı hava hücumundan müdafiə sistemlərinə və mühüm enerji infrastrukturuna dəyən zərərin miqdarı ilə bağlı yüksəkrütbəli hərbi komandirlərin geniş hesabatını nəzərdən keçirdikdən sonra bu qərarı verib.


Qəzetin yazdığına əsasən, Xamenei vurğulayıb ki, İsrailin hücumlarına cavab verilməməsi məğlubiyyəti qəbul etmək deməkdir.