Əli Əsədov QƏRAR İMZALADI
04 Noyabr 2024 10:21 | Baxış sayı: 297
Azərbaycan vətəndaşlarının müddətli həqiqi hərbi xidmətə çağırışı üzrə Mərkəzi Çağırış Komissiyasının üzvləri siyahısında dəyişiklik edilib.
AJMEDİA.İNFO xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərarla İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Komissiyanın tərkibindən çıxarılıb.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin İcraçı direktoru isə sözügedən Komissiyasının üzvləri sırasına daxil edilib.