20 Aprel 2025
Elektron siqaretlərin ən təhlükəli növü – Uzaq durun!

Elektron siqaretlərin ən təhlükəli növü – Uzaq durun!

Elektron siqaretlərin ən təhlükəli növü – Uzaq durun!

12 Noyabr 2024 12:36 | Baxış sayı: 231

Kanadada aparılan araşdırmalar nəticəsində meyvə ətirli elektron siqaretlər orqanizm üçün daha zərərli olduğu aşkarlanıb.


AJMEDİA.İNFO xarici mediaya istinadən xəbər verir ki, meyvə ətirli elektron siqaretlərin tərkibindəki kimyəvi komponentlərin ağciyər hüceyrələrində müdafiə yollarını bağladığı bildirilib. Xüsusilə, böyürtkən dadlı buxarların alveolyar makrofaqları (ağciyər immun hüceyrələri) iflic etdiyini və onların bakteriyalara qarşı müdafiəsinə mane olduğunu göstərdi.


Bu vəziyyət orqanizmin zərərli mikroblara qarşı müdafiəsini zəiflədir və xüsusilə ağciyərlərdə immun hüceyrələrin hərəkətlərini dəyişir.Araşdırmada meyvə ətirli elektron siqaretlərin sağlamlığa təsirləri ilə bağlı mühüm xəbərdarlıqlar edilərkən, bu cür məhsulların gənclər arasında yayılmasının qarşısı alınmalı olduğu vurğulanır.(lent.az)