SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
12 saat əvvəlElektromobillərin zəhərli olduğu üzə çıxdı
10 İyul 2024 05:58 | Baxış sayı: 1258
Dyuk Universiteti və Texas Texniki Universitetindən olan amerikalı alimlər "əbədi kimyəvi maddələr" kimi tanınan poliftoralkil birləşmələrinin (PFAS) yeni mənbəyini tapıblar.
Tədqiqat Nature Communications (NatComms) elmi jurnalında dərc olunub.
Elektrikli avtomobillər üçün akkumulyator istehsal edən fabriklərin yaxınlığındakı hava, su, qar, torpaq və çöküntü nümunələrində yüksək səviyyədə PFAS aşkarlanıb.
Tədqiqat göstərir ki, litium-ion batareyalarının yalnız təxminən 5%-i təkrar emal olunur və 2040-cı ilə qədər litium-ion batareya tullantılarının həcmi təxminən 8 milyon ton ola bilər.