20 Aprel 2025
Elektrik enerjisi xaricə 9,4 qəpiyə, əhaliyə isə 11 qəpiyə satılıb – Rəsmi

Elektrik enerjisi xaricə 9,4 qəpiyə, əhaliyə isə 11 qəpiyə satılıb – Rəsmi

Elektrik enerjisi xaricə 9,4 qəpiyə, əhaliyə isə 11 qəpiyə satılıb – Rəsmi

18 Fevral 2025 10:54 | Baxış sayı: 995

Bu ilin yanvar ayı ərzində Azərbaycandan xarici ölkələrə 140 milyon 918 min kVt/saat elektrik enerjisi ixrac edilib.
AJMEDİA.İNFO xəbər verir ki, Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, xaricə satılan elektrik enerjisinin gömrük dəyəri 7 milyon 775 min dollar olub.

Nəticədə xaricə satılan 1 kVt/saat elektrik enerjisinin gömrük dəyəri 5,5 sent və ya mövcud məzənnə ilə (1$/1,7azn) hesablandığı zaman 9,4 qəpik təşkil edib.

Bu isə daxili bazarda satılan elektrik enerjisinin qiymətindən ucuzdur.

Bildiyimiz kimi, elektrik enerjisinin daxili bazarda əhaliyə satılan qiyməti 8,4 (200 kVt/saat-a qədər), 10 (200- 300 kVt/saat olduqda) və 15 qəpiyə (300 kVt/saat-dan artıq olduqda) bərabərdir. Bu isə o deməkdir ki, ölkə daxilində elektrik enerjisinin orta tarifi 11 qəpik təşkil edir.

Məlumatlardan da göründüyü kimi, ölkə daxilində əhaliyə satılan elektrik enerjisinin qiyməti xaricə satılan elektrik enerjisinin gömrük dəyərindən 1,6 qəpik və ya 14,5% bahadır.