SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
9 saat əvvəlƏləkbərdən qohumunu öldürən Rəşad Dağlı ilə bağlı MEYXANA: "Gözümdən..." - VİDEO
27 Fevral 2025 16:32 | Baxış sayı: 620
Meyxanaçı Ələkbər Yasamallının dediyi meyxana sosial şəbəkədə gündəm olub.
AJMEDİA.İNFO xəbər verir ki, ifaçı meyxanada hazırda həbsdə olan və bibisi oğlunu qətlə yetirən həmkarı Rəşad Dağlıdan bəhs edib.
"Dustağı gördüm dayanmır göz yaşım. Rəşad gedib, itib başım. Biri bibim oğludur, biri qardaşım. Hər iki gözümdən yaş itirmişəm mən" - Ə.Yasamallı meyxanada deyib.
Qeyd edək ki, Rəşad Dağlı qonşusu - 1979-cu il təvəllüdlü İsgəndər Mehdiyevi avtomobilində bıçaqla qətlə yetirib. Hadisə 2022-ci il noyabrın 9-da baş verib. Rəşad Dağlıya qarşı Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 228.4-cü maddələri (qanunsuz soyuq silah gəzdirmə) ittiham irəli sürülüb, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Leyla Əsgərova-Məmmədovanın hökmü ilə 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
(Axşam.az)