SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
2 saat əvvəl“Elə bil böyük qardaşımı itirmişəm” - Rövnəq Abdullayev
04 Oktyabr 2023 13:20 | Baxış sayı: 584
“Elə bil böyük qardaşımı itirmişəm”.
AJMEDİA.İNFO xəbər verir ki, bu fikirləri Azərbaycan Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti Xoşbəxt Yusifzadənin vida mərasimində jurnalistlərə açıqlamasında SOCAR-ın keçmiş prezidenti, iqtisadiyyat nazirinin müavini Rövnəq Abdullayev deyib.
Onun sözlərinə görə, Xoşbəxt Yusifzadə çox optimist insan idi: “O işləri və göstərişləri yerinə yetirməyi ilə bütün gənclərə örnək idi. Ona hər zaman deyirdim ki, “sən cavanlardan daha çox operativsən”. Çox gözəl insan idi. Allah ona qəni-qəni rəhmət etsin. O bütün neftçilərin ürəyində iz qoyub getdi. Nə qədər ki, neft və neft şirkəti var, Xoşbəxt müəllim həmişə yaddaşlarda qalacaq”.(Qafqazinfo)