SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
8 saat əvvəlEkvadorda torpaq sürüşməsi nəticəsində 71 nəfər itkin düşüb
29 Mart 2023 04:37 | Baxış sayı: 612
Ekvadorun mərkəzindəki Alausi şəhərində baş verən sürüşmə nəticəsində itkin düşənlərin sayı 71 nəfərə çatıb.
Bu barədə ölkənin Fövqəladə Hallar İdarəsi məlumat yayıb.
Yenilənmiş məlumata görə, 8 nəfərin ölümü təsdiqlənib: “30 nəfər yaralanıb, 71 nəfər itkin düşüb, 32 nəfər xilas edilib”, - idarənin tvitterdəki səhifəsində yayılan hesabatda deyilir.
Martın 27-nə keçən gecə baş verən təbii fəlakət zonasında 500 nəfər olub. Beynəlxalq Qırmızı Xaç Komitəsi 163 evin dağıldığını və ya zərər gördüyünü bildirib.
Hadisə yerində axtarış-xilasetmə işləri davam edir.