SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
10 saat əvvəlEkvador Prezidenti xəstəxanaya yerləşdirilib
17 Aprel 2023 08:28 | Baxış sayı: 480
Ekvador Prezidenti Gilyermo Lasso infeksiyaya yoluxduğu üçün xəstəxanaya aparılıb.
Bu barədə dövlət başçısının administrasiyasının mətbuat xidməti məlumat yayıb.
“Dünən beynəlxalq nəşrə müsahibə verdikdən sonra onun qızdırması qalxıb və özünü pis hiss edib və Kitodakı hərbi hospitala aparılıb. Həkimlər ona sidik yollarının infeksiyası diaqnozu qoyub və xəstəxanada həkim nəzarəti altında qalmağı və dincəlməyi tövsiyə ediblər”, - məlumatda deyilib.
Administrasiyadan bildirilib ki, xəstəliyə görə prezidentin aprelin 16 və 17-nə planlaşdırılan bütün görüşləri ertələnib.